Dünya futbolu

Super Liqada baş məşqçi istefası

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.

“Mersin İdmanyurdu”nun çalışdırıcısı Rza Çalımbay gözlənilmədən istefa verib. Buna səbəb klub prezidenti Ali Kahramanlının maliyyə problemi ilə bağlı verdiyi açıqlama olub.

Kahramanlı klubda ciddi problemin olmadığını, lakin baş məşqçi və futbolçuların bunu şişirtdiklərini demişdi. Rza Çalımbay istefa ərizəsini rəhbərliyə artıq təqdim edib. Rıza Çalımbay mövsümün əvvəlində “Mersin İdmanyurdu”nun “sükanı arxasına” gətirilib.

Komanda Superliqada XXI turdan sonra turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43