Kateqoriyasız

“Xəzər Lənkəran” azarkeşlərinin sevimlisi qayıtdı: fərqi məşqlərlə kifayətlənir-FOTOLAR

Premyer Liqanın XXIV turunda “Bakı”nı qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisi fevralın 24-də iki dəfə məşq edib. Belə ki, səhər saat 11:00-da öz bazasının fitnes zalında fiziki hazırlıq keçən komanda günün ikinci yarısında yenidən şəhərin İnşaatçılar qəsəbəsinə (RAYPO-nun yanı) yollanaraq orada yerləşən idman kompleksinin süni örtüklü qapalı meydançasında saat 16:30-da məşqə çıxıb. Yüngül zədələri olan Rasim Ramaldanov və Vyekoslav Tomiç komandanın məşqinə qatılıblar. Tural Cəlilov ilə Adrian Skarlatake isə fiziki hazırlıq üzrə baş məşqçinin köməkçisi Covanni Melkiorenin rəhbərliyində fərdi qaydada hazırlaşıblar.(12cioyuncu.info)




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43