Ölkə futbolu

Superkubok öncəsi iddialı açıqlama: “Neftçi”ni məğlub edib, öz sözümüzü deməliyik”

“İndi fikrimiz yalnız milli komandadadı. Rusiyayal oyundan sonra bütün diqqətimizi “Neftçi”ylə Superkubok matçına yönəldəcəyik”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib.

Cənub klubunun üzvü sarı kart cəzalısı olduğundan Rusiya ilə oyunu buraxacaq. Ramaldanov oktyabrın 23-də Naxçıvanda “Neftçi” ilə keçirəcəkləri Superkubok matçında yalnız qələbə qazanmaq istədiklərini bildirib:

“Bizim üçün fərqi yoxdur ki, “Neftçi” ilə oyun harda keçirilir. Əsas olan qələbə qazanmaqdır. Onlarla keçirdiyimiz son görüşlərdə istədiyimiz nəticəni qazana bilmirdik. Ancaq bu dəfə fərqli olacaq. “Neftçi”ni məğlub edib, öz sözümüzü deməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43