Kateqoriyasız

Superliqa klubu məşhur ukraynalını transfer edir

Ukraynalı futbolçu Milevskinin “Qaziantepspor” klubuna keçidi haqda söz-söhbətlər Türkiyə mediasında çoxdan dolaşırdı. Ehtimal olunurdu ki, futbolçunun türk klubuna transferi bu gün baş tutsun, amma nədənsə keçid ehtimal edilən gün baş tutmayıb.

Türkiyənin “Fanatik” saytının verdiyi məlumata görə, tərəflər arasında bəzi xırda detallar həll olunmamış qalır.  Saytın verdiyi xəbərdə qeyd edilir ki, Ukraynalı ulduz tibbi baxışdan keçdikdən sonra “Qaziantepspor”la ikillik müqavilə imzalayacaq.

Qeyd edək ki, 3 turdan sonra “Qaziantepspor” aktivindəki 1 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43