İdman

Superliqa təmsilçisi baş məşqçisini qovdu

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “Bursaspor” klubunun baş məşqçisi Pol Le Quen istefaya göndərilib.

İdmanxeber.com-un məlumatına görə, fransalı mütəxəssislə anlaşma birtərəfli qaydada pozulub. Le Quen “timsahlar”ın rəhbərliyinin qarşılıqlı razılıqla yolların ayrılmasına dair təklifini rədd etdiyi üçün müqavilədəki “birtərəfli pozulma” maddəsindən yararlanıb. Nəticədə 54 yaşlı baş məşqçi köməkçiləri ilə birgə qovulub.

Son 6 turda komandaya Mustafa Er rəhbərlik edəcək. Onun köməkçisi isə argentinalı futbolçu Pablo Batalya olacaq.

Qeyd edək ki, “Bursaspor” Pol Le Quenin rəhbərliyi altında Super Liqada 28, Türkiyə Kubokunda 6 oyuna çıxıb. 13 görüşdən qalıb ayrılan “ağ-yaşıllar” 14 dəfə uduzub. Hazırda “timsahlar” çempionatda 33 xalla 13-cü pillədə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43