Kateqoriyasız

Sxadadze “Araz Naxçıvan”a məsləhət verdi

Premyer Liqanın V turu çərçivəsində “İnter” səfərdə “Araz Naxçıvan”ı məğlub etdi.

İdmanxeber.com “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadzenin matçdan sonra səsləndirdiyi fikirlərlə sizi tanış edir:

“Bu cür meydanda baxımlı futbol haqqında danışmaq mənasızdır. İkinci hissədə 3 mərkəz müdafiəçisi ilə oynadıq və cinahlardan hücuma qoşulan oyunçuların dəstəyi ilə rəqibin qapısına yol tapa bildik. Bu, oyunun ən vacib anı idi. Futbolçulara həmişə demişəm ki, yaxşı meydançada güclü olmaq əsas deyil. Əgər həqiqətən də rəqibdən güclüsənsə, bunu həm yaxşı meydançada, həm də ağır meydançada göstərməlisən. Komanda bu gün əzmkar oyun göstərdi, mübarizə apardı, futbolçular komanda ruhunu, qələbə qazanmaq istəyini ortaya qoydular. Oyuna bu qədər azarkeşin gəlməyi məni məmnun etdi. Fikrimcə, “Araz Naxçıvan” klubu meydançanın ot örtüyünü yaxşılaşdırmalıdır ki, oyuna gələn azarkeşləri də komandanın oyunundan həzz alsın. Onda daha yaxşı oyun göstərərlər. Ötən turdakı məğlubiyyətdən sonra qələbə qazanmalıydıq. Bunu bacardığımız üçün şadam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43