Premyer Liqa

Syomin: “Həm “Neftçi”yə, həm də “Qarabağ”a məğlub olmuşuqsa, demək onlardan zəifik”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə oyunu şərh edib. Qəbələlilərin rusiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

“Çox maraqlı, qol epizodları ilə bol oyun oldu. Futbolçularıma iradım yoxdu, səhvlri nəzər almasaq, ümumilikdə yaxşı oynadıq. Hakimin son dəqiqələrdə təyin etdiyi cərimə zərbəsi mənim üçün aydın olmadı. Hakimlərin bəzi qərarları qəribə görünürdü. Qalib gələn komanda qələbəyə layiqdi. Oyun gərgin keçdiyi üçün 90 dəqiqə ayaq üstə idim. Həm “Neftçi”yə, həm də “Qarabağ”a məğlub olmuşuqsa, demək onlardan zəifik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43