Ölkə futbolu

Tərlan Əhmədov: “Ümid sonda ölür”

Topaz Premyer Liqasının XVI turuna yekun vurulur

İdmanxeber.az-ın məlumatına görə, “Keşlə” səfərdə “Neftçi”nin qonağı olub. Oyunun ardından qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikrilərini bildirib:

“Mraqlı bir oyun oldu. İlk hissədə müdafiədən əks hücumlara bel bağladıq. Sonra oyun bərabərləşdi. Çox uşaq səhvlərindən qollar buraxırıq. Oyunçuların əziyyətinə heyfim gəldir. Penaltinin olub-olmamağı bəlli deyil. Ancaq artıq razılaşmışıq. İkinci hissədəki oyun mənə biraz ümid verdi. Görəcəyimiz işlər qarşıdakı oyunlarda daha çox olacaq. Rəqibi təbrik edirəm”.

-Komandada gediş-gəliş çoxdu. Bu, bitib ? Sizin nəzərdə tutduğunuz oyun anlayışı nə qədər vaxta bərpa olunacaq ? Bir də ki, klubda maliyyə problemi olduğu deyilir.

-Vaxt deyən də ki, daha vaxtımız yoxdur. Artıq nə gələn olacaq, nə gedən. Bəlkə də əvvəldə nəsə olub, bilmirəm. Komandam oyun baxımından geridə olmur, ancaq biz məğlub oluruq. Sanki futboçuların özünəinamı artmalıdır. Bu problemlə yaşayırıq. Bunu təlim-məşq toplanışında da  gördük. Keçən oyunla bu oyunda çox fərq var. Keçən oyun mən komandamı tanıya bilməmişdim. Mən heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün onu yoxladıq. May ayına qədər maskimum nəticə qazanmalıyıq. Klubun futbolçulara heç bir borcu yoxdur. Cüzi gecikləmlər olur, ancaq mətbuatda genş yazılır.

 Yeni gələnlər hazır deyilsə, bu futbolçular kim seçib ?

-4 oyunçu gətirmişik. Ümumilikdə qalanları may ayından burda olub. Təəssüf ki, bəzi oyunçular psixoloji vəziyyətdən düzəlmir. Bir çox futbolçudan bunu çıxartmaq olmur. Yeni gələnlərdə onlarla bir ab-havada olurlar. Futbolçuları məşqçi korpusu seçir. Onlarda heç bir problemi yoxdur.

-Nəticələr yaxş olmamasına səbəb nədir ?

-Dediyim kimi, psixoloji cəhətdən problemimiz var. Bu komanda məğlubiyyətə öyrənib. Geri qalan heç bir problemimiz yoxdur. İstər hazırlıq, istər maliyyə cəhətdən.

-Kuboku qazamış komandada niyə məğlubiyyətlər sıralansın ki ?

-O heyətdən müəyyən dəyişiklər olub. Bəlkə də o futbolçular qalsaydı, fərqli nəticələr olardı. Kubok qazanan komanda avrokuboklarda ilk mərhələdə də məğlub oldu.

-Mövsümüm sonu vəziyət dəyişməsə, qərarınız nə olacaq ?

-Qərar rəhbərliyin olacaq. Ümid sonda ölür. Bu vəziyyətdən barışası deyilik. Çalışacayıq ki, vəziyyəti düzəldək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43