Ölkə futbolu

Tahir Gözəl: “Reynaldonun komandada yeri görsənir”

“Neftçi”ni təbrik edirəm. Gözəl komanda yaradıblar. Çox yüksək motivasiya olublar.  Bizim rəqiblərimizin güclənməsi Avropada yaxşı oyun sərgiləməyimizə kömək edir. Hesab edirəm ki, gözəl oyun gördük”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib. Matçdan sonra jurnalistlərin suallarını cavablandıran Tahir bəy çempionat və Reynaldo barəsində danışıb:

“Reynaldonun komandada yeri görsənir, amma bizim Ağabalamız var, digər güclü futbolçularımız var. Onlar işini layiqincə görür. Düşünürəm ki, çempionatın qalan hissəsi bizim üçün çətin keçəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43