Kateqoriyasız

Tahir Gözəl UEFA rəsmisi ilə görüşmək üçün İsveçrəyə yollanacaq

Avropa Liqasının VI oyun günündə baş tutmuş `Qarabağ` – İnter` (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olay bütün ictimayyəti şoka saldı.

İdmanxeber.com-un məlumatına görə, oyunu idarə edən çexiyalı hakimlər briqadası Riçard Almeydanın vurduğu qolu hesaba almayınca oyun 0:0 baş çatdı. Nəticədə qrupda 6 xal toplayan komandamız 3-cü sırada qərarlaşaraq yarışla vidalaşdı. Baş vermiş olaydakı haqsızlıq ictimayyətə böyük təzyiq yaradıb. Son dəqiqədə 1/18 finaldan kənarda qalmağımız hər kəsin üzüntüsünə səbəb olub.

`Qarabağ`ın vitse-prezidenti Tahir Gözəl bu məsələ biganə qalmayaraq əlimizdə olan bütün sübutlarla birgə UEFA-ya şikayət məktubu yazılmasını tələb edib.Tələbə uyğun olaraq məktub yazıldı və UEFA-ya göndərildi.Bununla da yetinməyən `Qarabağ`ın başqanı Tahir Gözəl İsveçrəyə getməyə hazırlaşır.  `Qarabağ`ın haqqını qorumaq üçün. O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə `Qarabağ`ın hüquqularını qorumaq üçün görüşlər keçirəcək.Artıq `Avropa Liqası` yarışının direktoru Giorgi Marchetti ilə görüş günü təyin edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43