Ölkə futbolu

Tahir Süleymanov azarkeşləri “Qarabağ” və “Qəbələ”ni dəstəkləməyə çağırdı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ”a bir çox tənqidlər gəldi.

İdmanxeber.com-un məlumatına görə, futbol ictimaiyyəti arasında Ağdam klubuna dəstək olanlar da var.

Onlardan biri olan “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov dəstəyini sosial şəbəkə üzərindən çatdırıb:

“Qarabağ”ın mərhələ keçə bilməməsi hər birimizi üzdü. Şəxsi fikirimdi, “Qarabağ” “Vitoriya”dan güclü komandadır. Çexlər keçiləsi rəqib idi…”Qarabağ” cavab görüşündə çox yaxşı futbol sərgilədi. Sonluq alınmadı. Təbii, müəyyən səhvlər oldu.

Qarşıdan p.-off oyunları gəlir. Peşəkar analiz, təhlillər sonraya qalsın. Azarkeşlər özlərinə gəlməyibsə, təsəvvür edin məşqçi, futbolçular hansı vəziyyətdədi. Onların qısa müddətdə psixoloji çökmüş durumdan çıxması lazımdı. Bütün futbol ictimaiyyəti, jurnalistlər, azarkeşlər öz dəstəyini əsirgəməməlidi. İfrat təriflərlə yox, səmimiyyətlə…
Ölkə futbolunun durumu göz önündədi. Ümumi inkişaf strategiyasının olmaması, “Xəzər L”. ,”Bakı”nın tarixin yaddaşına köçməsi , “Neftçi”, “Kəpəz”, “Sumqayıt”in “şu(r)alaşması, “İnter”in kənarda qalması, səkkiz(?) komandalıq çempionat və s..
Bu dözülməz durumda “Qarabağ”, “Qəbələ”yə dəstək olmalıyıq. Xəstələnmiş futbol təsərufatından çıxıb Avropada nəticə qazanmaq asan deyil. “Qarabağ”ı müdafiə etmək fikirində deyiləm. Bu səviyyədə yarışların canlı iştirakçısı, hansı təzyiqlərdən keçmiş insan kimi, reallığı bildirirəm. Və bu işin içində olmayanların, futbolun dərinliyini bilməyənlərin “Qarabağ”, “Qəbələ”in mənasız, məntiqsiz, şit təriflərinə, müdafiəsinə də ehtiyac yoxdur. Reallıq başqadır. Bir anlıq təsəvvür edin “Qarabağ” və “Qəbələ” , yuxarıda sadaladığım klubların cərgəsinə qoşulub. Qrupları qoyun kənara, heç iki mərhələ olmayacaqdı. Hər iki klubun rəhbərliyinə təşəkkürümü bildirirəm. Hansı təzyiqlərdən keçib komandalarını indiki səviyyədə saxlamalarını, şüralaşmaya getmədiklərini biz bilirik. Bunun bir adı var-fədakarlıq. “Qarabağ” və “Qəbələ”yə dəstək, tək klub futbolunun deyil, ümumi futbolun xilası ola bilər. 
Çempionlar Liqasının qrupları xəyal deyil. Bunu həyata keçirmək mümkündür. İndiki durumda futbolumuzun “çiçəklənməsi” fonunda deyil, fərdi, komanda fədakarlığı, qəhrəmanlığı, peşəkarlığı sayəsində…
Gələcək qəhrəmanlarımızın qədrini bilək…Onlar futbolumuzda çox deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43