Ölkə futbolu

Tahir Süleymanov: “Neftçi təkcə meydanda yox, meydandan kənarda da blokadaya alınıb”

"Qərar belə verilibsə bizim başqa klubların işinə qarışmaq niyyətimiz yoxdur. Orxan Sadıqlı azərbaycanlı futbolçudu.  Biz də onun cəzalandırılmasını istəməzdik. Mahir Şükürov və Orxan Sadıqlı inanıram ki, bu hərəkətlərindən nəticə çıxardıb, ikinci dəfə eyni halı təkrarlamazlar. O ki qaldı qərara, bu bir daha göstərir ki, "Neftçi"ni həm meydanda, həm də meydandan kənar blokadaya alıblar. Biz klub rəhbərliyi, məşqçilər korpusu olaraq öz haqqlarımızı müdafiə edəcəyik. Lakin yenə deyirəm, hər şey göz qabağındadı. Görünən kəndə də bələdçi lazım deyil".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Paytaxt klubunun rəsmisi onlara bəslənilən münasibətdən danışıb:

"Biz heç bir futbolçunun cəzalanmasını istəməzdik. Ancaq biz bu cür münasibəti hər zaman görürük. Məsələ Orxanın cəzalanmasından yox, "Neftçi"ylə bəslənilən münasibətdən gedir. Biz təkcə yaşıl meydanlarda yox, meydandan kənarda da mübarizə aparırıq. "Neftçi"nin oyunlarını mikroskopla izləyib, qərarlar qəbul edirlər. Yenə deyirəm ki, "Neftçi" hər tərəfdən blokadaya alınıb və bizim uğur qazanmağımızın qarşısını alırlar. Mən inanıram ki, həm Orxan, həm də Mahir bundan sonra edəcəkləri hərəkətə diqqət yetirərlər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43