Premyer Liqa

Tale Heydərov: “Məqsədimiz çempion olmaqdır”

Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edib.

İdmanxeber.com xəbər verir ki, meydan sahiblərinin 2-0 hesablı qələbəsindən sonra klub prezidenti Tale Heydərov oyunla bağlı fikirlərini bölüşüb: "Bu bizim üçün çox mühüm oyun idi. Çempionluq üçün mübarizə aparırıq. Vacib olan 3 xal idi. Məqsədimiz çempion olmaqdır. Çempionluqda əsas rəqibimiz "Qarabağ"dı. Bu gün hər iki komanda əzmlə mübarizə apardı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43