İdman

“Qəbələ” “Qarabağ”ı məğlub etdi (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi qarşılaşması, eyni zamanda son matçı Qəbələdə keçirilib.

Burada ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən və hazırda çempionluqa iddialı olan iki komandası "Qəbələ" və "Qarabağ" münasibətlərə aydınlıq gətirib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

7-ci tur

2 oktyabr (bazar)

19:00. “Qəbələ” – “Qarabağ” 2:0

Qollar: Oozbiç 12, Dabo 14

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev.

Qəbələ şəhər stadionu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43