İdman

Tanınmış çalışdırıcı İspaniya millisinə baş məşqçi təyin olundu

İspaniya yığmasının sükanı arxasına “Barselona” klubunun sabiq baş məşqçisi Luis Enrike keçəcək.

Idmanxeber.com-un məlumatına görə, İspaniya Kral Futbol Federasiyası 48 yaşlı mütəxəssislə razılıq əldə edib. Enrikeyə 2 illik müqavilə təklif olunub.

Qurum “Espanyol”un baş məşqçisi Kike Sançes Flores və hazırda Belçika millisinə rəhbərlik edən Roberto Martineslə də danışıqlar aparıb.

Qeyd edək ki, Rusiyadakı dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin baş məşqçi postunda dəyişiklik baş verib. Fernando Yerro “Real Madrid”ə baş məşqçi təyin olunan Xulen Lopetegini əvəzləyib. Yerronun rəhbərliyi altında yığma 1/8 finaladək irəliləyib. Bu komandanın qarşısını Rusiya (1:1, penaltilərlə 4:3) kəsib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43