Ölkə futbolu

Tarik El Yunussi: “Azərbaycan millisindəki komanda yoldaşlarım məni meydanda isti münasibətlə qarşıladılar”

“Qarabağ”ın “Olimpiyakos” klubundan icarə əsasında sıralarına cəlb etdiyi Tarik El Yunussi Norveç – Azərbaycan matçından sonra ölkəsinin mətbuatına açıqlama verib.

 İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”a keçidindən danışan sol cinah yarımmüdafiəçisi yeni klubunda hər şeyin yaxşı olacağına ümid etdiyini bildirib: 

“Əvvəla onu deyim ki, transferimin dəqiqləşməsini Azərbaycanla oyundan sonra dəqiq bildim. Meydanda “Qarabağ”ın futbolçuları çoxluq təşkil edirdi. Onlar məni görəndə isti münasibətlə qarşıladılar. Həqiqətən bu mənim üçün xoş idi, həm də xüsusi bir hiss yaşadadım. Görüş başa çatdıqdan sonra telefonuma baxdım və menecerimdən keçidin dəqiqləşməsi ilə bağlı mesajını oxudum. Hər şeyin yaxşı olmasını istəyirəm. Bizi qarşıda  “Çelsi”, “Atletiko” və “Roma” ilə çətin oyunlar gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43