İdman

Tərlan Əhmədov: “Mövsümün əvvəlində gəlsəydim, fərqli “Neftçi” görərdiz”

"Açığı, oyundan razı qaldım. Çalışdıq ki, hücum futbolu oynayaq. Buraxdığımız səhvlərin nəticəsində məğlub olduq. 5 gün ərzində komandada müəyyən dəyişiklər etdik".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Baksell Arena"da keçirilən "Neftçi" – "Zirə" matçından sonra meydan sahiblərinin baş məşçqisi Tərlan Əhmədov deyib.  Təcrübəli çalışdırıcı komandada görüləcək işlərin çox olduğunu sözlərinə əlavə edib:

"Komandada kollektiv olaraq mübarizə məni sevindirir. Məğlub olsaq da, qarşıda bizi oyunlar gözləyir. İnşallah, səhvlərimizdən nəticə çıxaracağıq. Oyunun gedişində İnqilab Məmmədova dedim ki, hakim Əliyar Ağayevə fikrimi çatdırsın. Bəzi epizodlarda oynamağa imkan versin. Hər epizoda görə oyunu saxlamaq olmaz. Qırmızı vərəqəyə görə narazılığım yoxdu. Siz özünüz bilirsiz ki, mən rəqib futbolçular üçün təhlükə olmuşam. Qırmızı vərəqə futbolçu üçündü. Mövsümün əvvəlində "Neftçi"də olsaydım, başqa komanda görərdiz. İndi bir dənə Rəşad Sadiqovu gətirə bilmişəm. Əvvəldən burda olsaydım, təcrübəli futbolçuların komandanı tərk etməsinə imkan verməzdim".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43