İdman

Teymur Rəcəbov bürünc medalına qovuşdu – FOTO

İspaniyanın Madrid şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təntənəli bağlanış mərasimi keçirilib.

İdmanxeber.az xəbər verir ki, tədbirdə FIDE-nin rəhbər şəxsləri ilə yanaşı Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

AŞF rəhbəri İddiaçılar Turnirində üçüncü yeri tutan Teymur Rəcəbova bürünc medalı və xatirə hədiyyəsini təqdim edib.

14 oyundan 7,5 xal toplayan Azərbaycan şahmatçısı yarışı 3-cü yerdə başa vurub. Yarışın qalibi olan rusiyalı Yan Nepomnyaşi şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşə vəsiqə qazanıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43