Dünya futbolu

Timsah futbolçunu yedi

Mozambikdə gənc futbolçu bədbəxt hadisənin qurbanı olub.

İdmanxeber.com-un məlumatına görə, “Atletiko Mineyro de Tete” adlı həvəskar komandada oynayan 19 yaşlı Alberto Jino adlı futbolçunu timsah yeyib.

Məlumata görə Zambezi çayının kənarında qaçarkən futbolçuya timsah hücum edib. Qəflətən hücuma keçən timsah Estevaonun belindən yapışıb və onu suya sürüdüb. Futbolçunun dostları hadisənin şahidi olsalar da,  qorxudan heç nə edə bilməyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43