Dünya futbolu

Toni Adamsın debütü uğursuz oldu

İspaniya La Liqasında 32-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adamsın çalışdırdığı “Qranada” doğma azarkeşləri önündə “Selta”nı qəbul edib.

İngiltərəli mütəxəssisin debütü uğursuz olub. Belə ki, qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Qeyd edək ki, “Qranada” 32 turdan sonra 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43