Dünya futbolu

“Barselona”da ciddi itki

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus”la cavab matçına ciddi itki ilə çıxa bilər.

İdmanxeber.com-un məlumatına görə, komandanın zədəli olan aparıcı üzvü Xavyer Maskerano bu vacib görüşü buraxa bilər.  Turindəki ilk görüşdə xəsarət alan argentinalı yarımmüdafiəçi hələ ki, komanda ilə məşq etmir.

Qeyd edək ki, aprelin 19-da “Nou Kamp”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43