Ölkə futbolu

“Toparlanmaq çətin olur” – Elmar Baxşıyev

Premyer Liqanın 20-ci turunun “Neftçi” – “Qəbələ” matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib.

İdmanxeber.az-ın məlunatına görə, bölgə klubunun çalışdırıcısı matçla bağlı danışıb:

“Oyun barəsində çox danışmayacam. “Neftçi”ni tərbik edirəm. Komanda olaraq mövsümdə ən zəif oyunumuzu keçirdik. İnanıram ki, qarşıdakı oyunlarda daha məzmunlu  “Qəbələ” görəcəksiniz.

– Üç əsas rəqibə qarşı 1 xal qazandınız. Nə çatışmadı?
– Birinci və ikinci dövrəyə də baxın. Üç rəqibdən 6-7 xal götürmüşük. Çətin rəqiblərdi. Oyunlar da fərqli olur. Bu komandaya inanıram.

– Ehtimal edirdiniz ki, qışdan sonra eniş yaşana bilər?
– Futbol ehtimallarla oynanılmır. Düzgün yanaşma olmalıdır ki, yaxşı nəticəyə gəlib çıxasan. Sıxıntılarımız da olur. Amma bugünkü oyunu onunla bağlamazdım. Sərəncamımda olan futbolçular daha yaxşı nəticə göstərə bilər.

– İsnik Aliminin oyunu alınmadı. Bunun nə dərəcədə təsiri oldu?
– Oyunlar fərqli olur. Birinci qolu standartdan buraxdıq. İkinci qolu isə qapıçının mövqe səhvindən. Toparlanmaq çətin olur. Futbol səhv oyunudu.

– Nicat Mehbalıyevə yenə güvənirsiz. Başqa qapıçı yoxdu deyə belədi?
– Futbolçunu səhvə görə kəsib-tullamaq da olmur. Nicatı qazanmalıyıq. Nə qədər səhv etsə, dəstək göstərəcəm. Mənim də səhvim olur. Normal qarşılamaq lazımdı. Futbolda səhvisz mümkün deyil. İnanıram ki, Nicat toparlanacaq və daha yaxşı səviyyəsini göstərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43