Dünya futbolu

Torres “Atletiko”ya lazım deyil?

“Atletiko”
icarə əsasında “Milan”dan heyətinə qatdığı Fernando Torresin xidmətində maraqlı
deyil.

İdmanxeber.com-un
məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb. Həmkarlarımızın
iddiasına görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone “körpə” ləqəbli
futbolçunun oyunundan razı deyil. Bu səbəbdən icarə müddəti bitdikdən sonra
futbolçunun komandadan ayrılmasını istəyib.

Torres
isə bir neçə gün əvvəl verdiyi açıqlamada “Milan”a qayıtmayacağını, Çindən super
təklif aldığını söyləmişdi.

Qeyd
edək ki, “Atletiko” məlum transfer qadağası səbəbi ilə fevral 2-dən etibarən
iki transfer pəncərəsi dövründə heyətinə futbolçu qata bilməz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43