Müsahibə

Toşakın “Xəzər Lənkəran”dan göndərdiyi futbolçu: “Böyük oyun”lar fantastik olur” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Roberto Alviz idmanxeber.com-a müsahibə verib.

– Hal-Hazırda karyeranı harda davam etdirirsən?

Mən "Xəzər Lənkəran"dan gedəndən sonra Qazaxıstanın "Atırau" klubunda yarim mövsüm oynadım. Daha sonra Sinqapurdan mənə təklif gəldi və mən bu təklifi müsbət dəyərləndirdim.

– Çıxış etdiyin klubda xoşbəxtsən?

Bəli, xoşbəxtəm. "Xəzər Lənkəran"da oynamaq mənə zövq verirdi. Lənkəranın insanları çox mehriban və gözəl idilər. Sinqapura getməyimdə səbəb, ordan mənə yaxşı təklif var olması idi. Amma mən Lənkəran üçün darıxmışam və yenidən orda olmaq istəyirəm.

– Toşak səni istəmədi…

Bəli, Toşak məni komandadan göndərdi.

– Səbəb oyununu bəyənməməsi olmuşdu, yoxsa…?

Toşak əvvəl mənə "səninlə müqaviləni uzadacağıq" demişdi, sonra müqaviləm sona çatana yaxın "mənə özünə klub tap" dedi. Klub rəhbərliyi də mənim qalmağımı istəyirdi, amma Toşak istəmədiyi üçün mənim müqaviləmə xitam verildi.

– İndi "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlidir, bu barədə məlumatın var?

Bəli, xəbərim var. Mustafa Dənizli dünyada tanınmış məşqçidir və onun "Xəzər Lənkəran"la böyük nəticələr qazanacağına inanıram.

– Keçən həftə "Böyük oyun" baş tutdu. İzləmədin?

– İnternet vasitəsi ilə oyunui canlı izlədim – 2:2.

– Sən də "Böyük oyun" iştirakçılarından olmusan. Düşüncələrini bilmək istəyərdim…

– İnternet vasitəsi ilə oyuna canlı baxdım. Orda künc zərbəsindən qaldırılan topu Skarlatake qapıdan keçirtdi, amma hakim qolu qeydə almadı. Mən dəfələrlə o epizoda baxdım təmiz qol idi. Amma gözəl oyun oldu, futbolçular 1 xalı qazanmaq üçün mübarizə aparırdılar. Hakim imkan versə idi "Xəzər Lənkəran" qələbə qazanacaqdı. "Böyük oyun"lar fantastik olur, çox həyacanlı olur.

– Ölkəmizdən təklif gəlsə yenidən geri dönərsənmi?

Bəli, "Xəzər Lənkəran"dan təklif gəlsə, qayıdaram.

– Bəs digər klublar?

Fikirləşə bilərəm.

Cəmil


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43