Premyer Liqa

AFFA bir futbolçunun cəzasını ləğv etdi

AZAL Futbol Klubu PFL-ə mürəciət edərək “Topaz” Premyer Liqasının XVI turunun AZAL – “Rəvan” oyununda hakim Orxan Məmmədovun yol verdiyi texniki səhvin aradan qaldırılmasını xahiş etmişdi.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, həmin matçın 90+2-ci dəqiqəsində futbolçu Xuan Fransiskoya göstərilmiş sarı vərəqə protokolda səhvən Oskars Klavanın adına yazılmışdı.

Bu məsələ nəhayət öz həllini tapıb. AFFA-nın İntizam Komitəsinin bu günkü iclasında oyunun videoyazısı izlənildikdən sonra həqiqətən də hakimin Xuan Fransiskonu sarı vərəqə ilə cəzalandırıldığı aşkar edilib.

Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan İntizam Komitəsi AZAL-ın futbolçusu Oskars Klavaya göstərilmiş sarı vərəqənin onun aktivindən silinməsi və Xuan Fransiskonun aktivinə əlavə edilməsi haqda qərar qəbul edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43