Dünya futbolu

“Bavariya”dan fantastik müqavilə

"Bavariya" möhtəşəm uğura imza atıb. Bundesliqa klubu tarixinin ən böyük müqaviləsinə qol çəkib.

"Allians" siğorta şirkəti 110 milyon ödəyərək Münhen təmsilçisinin səhimlərinin 8.33 faizinə sahib çıxıb. Bununla belə, "Allians" "Adidas" və "Audi"dən sonra "pivəçilər"in üçüncü ən böyük tərəfdaşı olub.

Xatırladaq ki, "Adidas" 2001-ci ildə klubun 10 faizini almaq üçün 75 milyon , Audi isə 9.09 faiz üçün 90 milyon avro ödəyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43