Kateqoriyasız

TPL-nın X turunda 2900 azarkeş qeydə alınıb

Topaz Premyer Liqasında 10-cu turunda qeydə alınan azarkeş sayı bəlli olub. Turun ilk görüşü “ASK Arena”da “Keşlə” və “Neftçi” arasında baş tutub. Qonaqların 1:0 hesablı qələbəsini stadionda 1500 nəfər izləyib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sumqayıt” (2:0) və “Dalğa Arena”da reallaşan “Zirə” – “Səbail” (0:0) matçlarının hər ikisində 300 azarkeş qeydə alınıb.

Qəbələ şəhər stadionunda keçirilən “Qəbələ” – “Sabah” oyununu (2:1) 800 fanat izləyib.

Beləliklə, 10-cu turda 2900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 725 fanat deməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43