İspaniya Sequndasında XII turunda Azərbaycan sabiq üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” doğma meydanda “Rayo Maxadahonda”nı 2:0 hesabı ilə məğlub edib.
İsrafilov da görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda 24 xala malik “Alkorkon” 22 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.