Premyer Liqa

“Turan Tovuz” – “Qarabağ” oyununun vaxtı açıqlandı

Misli Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” oyununun keçiriləcəyi tarix bəlli olub.

İdmanxeber.ax PFL-ə istinadən xəbər verir ki, qarşılaşma 9 noyabrda baş tutacaq. Matçın başlama saatı açıqlanmayıb.

“Qarabağ” Premyer Liqada V turdan sonra 12 xalla 2-ci pillədədir. “Turan Tovuz” isə 7 xalla 5-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43