Dünya futbolu

Türkiyə klubunun prezidenti dağıntılar altında qalıb

Türkiyə III liqa təmsilçisi “Osmaniyespor”un prezidenti Bülent Çenet dağıntılar altında qalıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun baş məşqçisi Mustafa Özrr açıqlama verib. Onun sözlərinə görə, Adanada baş verən zəlzələ zamanı klub rəhbəri ilə birlikdə olublar.

Daha sonra onun dağıntılar altında qaldığı məlum olub. Baş məşqçi futbolçuların da şəhəri tərk etdiyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43