Dünya futbolu

Türkiyə millisinin futbolçusu İspaniya klubuna keçir

Türkiyə millisinin üzvü Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçinin “Lester”lə müqaviləsi mövsüm sonu başa çatır. O, komanda ilə sözləşmə uzatmayacaq.

Bir müddətdir Çağların adı “Atletiko” klubu ilə hallanır. 26 yaşlı futbolçu Dieqo Simeone ilə çalışmağa müsbət yanaşır. Onun yayda Madrid klubu ilə yeni müqavilə bağlayacağı gözlənilir.

Çağlar 2018-ci ildən “Lester”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43