Dünya futbolu

Türkiyəli azarkeşlər azərbaycanlı rəhbərə etiraz etdilər

Türkiyənin II liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” rəhbərliyi azarkeşlərin qəzəbinə tuş gəlib.

Azərbaycanlı rəhbərin idarə etdiyi klub maliyyə problemləri və uğursuz nəticələrə görə azarkeşlərin təpkisinə məruz qalıb.  Komandanın fanatları klubun bazasının önünə yığılaraq klub rəhbəri Rauf İsmayılova etiraz ediblər. Onlar “Rauf, nerdesin? Allah belanı versin” qışqıraraq klub prezidentinin istefasını tələb ediblər.

R.İsmayılov “Darıca Gənclərbirliyi”ni ötən ilin noyabrında alıb. Komandanın “sükanı arxasında” “Neftçi”nin sabiq məşqçisi Asim İbrahimovdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43