Dünyadan

Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, komanda Safet Suşiçlə razılığa gəlib. Bu barədə məlumatı klubun prezidenti Hasan Çavuşoğlu verib. Məlumata görə, bosniyalı məşqçi ilə 1,5 illik rəsmi müqaviləyə imzalanıb.

Qeyd edək ki, son iş yeri Fransanın “Evian” klubu olan 61 yaşlı Suşiç daha əvvəl Türkiyədə “İstanbulspor”, “Konyaspor”, “Ankaragücü”, “Rizəspor” və “Ankaraspor” kimi komandaları çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43