Dünya futbolu

Türkiyə millisində ciddi itki

Türkiyə millisinin və Çinin “Beytzin Qoan” klubunun futbolçusu Burak Yılmaz əməliyyat olunub.

İdmanxeber.com-un məlumatına görə, qasıq nahiyəsində yırtıq aşkarlanan hücumçu əməliyyat masasına uzadılıb. Bu səbəbdən o, Türkiyə millisinin Finlandiya və Moldova ilə yoldaşlıq matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu yenicə start götürən Çin superliqasında 2 oyuna 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43