Dünya futbolu

Türkiyə Super Liqasını tərk edən ikinci komanda müəyyənləşdi

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, bu gün baş tutan qarşılaşmadan sonra çempionatı tərk edən ikinci komanda da məlum olub. Belə ki, səfərdə “Rizəspor”a 0 – 2 hesabıyla uduzan “Qaziantepspor” Super Liqa ilə vidalaşıb.

Qaziantep təmsilçisi 27 il sonra aşağı liqaya yuvarlanıb.

Ötən tur “Adanaspor”un da Super Liqanı tərk etməsi rəsmiləşmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43