İdman

Turun üzağardan göstəricisi Gəncədə

Dünən Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vuruldu.

İdmanxeber.com-un məlumatına görə, başa çatan oyunlarla 18-ci turun azarkeş sayı da bəlli oldu.

Turun antirekordu  “Keşlə”nin “Zirə”ylə səfər görüşündə qeydə alındı. Zirə qəsəbə stadionuna baş tutan matçı 800 azarkeş tribunadan canlı oalraq izləyib. 

Turun ən yüksək göstəricisi isə Gəncədə olub. Burada keçirilən “Kəpəz” – “Səbail” oyununu 5400 tamaşaçı izlədi.

Avropa Liqası uğrunda mübarizə aparan və uğurlu çıxışı ilə diqqət çəkən “Sumqayıt”ın  “Qarabağ”la ev matçını isə maksimum saytda, 1300 tamaşaçı stadionda canlı olaraq baxıb.

Turun ən maraqla gözlənilən oyunu olan “Qəbələ” – “Neftçi” görüşündə isə 3000 tamaşaçı yer alıb.

Ümumilikdə isə bu tur stadiona gələn tamaşaçı sayı 10500-ə bərabər oldu.

“Kəpəz” – “Səbail” – 5400 tamaşaçı

“Qəbələ” – “Neftçi” – 3000 tamaşaçı

“Sumqayıt” – “Qarabağ” – 1300 tamaşaçı

“Zirə” – “Keşlə” – 800 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43