Dünya futbolu

Tuxel Mbappeni ehtiyatda saxlamasından danışıb

Fransa çempionatının son turunda PSJ “Marsel”i 2:0 hesabı ilə məğlub edib. Paris təmsilçisinin heyətindəki gənc uldzu Mbappe oyuna ehtiyatda başlayıb. Qarşılaşmanın ardından PSJ-nin baş məşqçisi Tomas Tuxel  Mbappeni ehtiyatda saxlamasından danışıb:

“Onun ehtiyatda qalmasının gözlənilməz olduğunu bilirəm. Ancaq buna o, özü səbəb olub. Oyundan öncə oteldə futbolçularımla iclas keçirirdim. Oyunçu ora gec gəldiyinə görə onu cəzalandırdım. Ara-sıra belə intizamsız hərəkətlər etsə də, o, bizim ən önəmli silahımızdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43