Ölkə futbolu

Tuyqun Nadirov “Neftçi”yə “ilişdi”: “Onların heyətində elə legioner futbolçular var ki…”

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov qalmaqallı şəkildə klubdan ayrılan Kamran Ağayevlə bağlı maraqlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun rəsmisi  "Bakı"ilə də normal şərtlərlə ayrılmayan və "Qəbələ"ylə anlaşan Ağayevlə bağlı dediklərini sizə təqdim edirik:

"Kamran gəlib özü salam verir, sonra da deyir ki, mənimlə gəlib görüşürlər. "Xəzər Lənkəran"dan qabağ Kamranı heç kim tanımırdı və tanıya da bilməzdi. "Xəzər Lənkəran" bir çox futbolçunu gündəmə gətiribdi, tanıdıbdı. İstər maddi vəziyyətindən tutmuş, istər digər. Cavandı, danışır özü üçün… "Bakı"dan qovulması da bir daha göstərdi. Orda da Tuyqun Nadirov yox idi ki onu qova… Məqsədim başqa maraq güdmək olsaydı onu 6 ay yox, 2 il futbolsuz qoyardım. Mən klub rəhbəri olaraq "Xəzər Lənkəran"ın marağını güdürəm. Heç kimin marağı klubun marağından üstün ola bilməz!"

Nadirov daha sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin Elias transferi ilə bağlı səsləndirdiyi iddialara belə cava verib:

"Bu gün Azərbaycanda elə klub yoxdur ki, onun heyətində bizim bura gətirib çıxartdığımız legionerlərdən olmaya. "Xəzər Lənkəran" hər zaman ən yaxşı legionerləri bura gətirir. Bu gün "Neftçi"nin heyətində elə legioner futbolçular var ki, bizim klubdan ora gediblər və 90 dəqiqə meydanda olurlar".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43