Ölkə futbolu

Elias “Neftçi”ylə keçirəcəkləri “Böyük oyun”dan danışdı: “Həyatımda çox derbilər oynamışam, çox qollar vurmuşam”

"Bura gəlməmişdən öncə burada olan dostlarımdan çempionat haqda soruşdum. Əlimdən gələnin hər şeyini edəcəm ki, "Xəzər Lənkəran"a xeyrim dəysin".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın yeni transferi Elias deyib.

Cənub klubunun yeni braziliyalısı transfer dəyərinin yüksək olması ilə bağlı verilən sualı belə cavablandırıb:

"Bu həyatda hər kəs əziyyətinə uyğun pul qazanır. Mən tanınmış klublarda oynamışam və bu heç də rahat başa gəlməyib. Digər klublarımdakı kimi burda da əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Transferimin baha başa gəlməsi və pul haqqında düşünmürəm. Mən sadəcə futbolumu oynayacam".

Elias qarşıdan gələn "Neftçi"ylə "Böyük oyun" haqda da danışıb:

"Həyatımda çox derbilər oynamışam, çox qollar vurmuşam. Bilirəm ki, bu oyunlarda vurulan qollar minlərlə bəzən də milyonlarla fanatın sevgisini qazandırır. Ümid edirəm ki, bu sevgini burda da qazanacam".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43