Kateqoriyasız

UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb

Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə “Neftçi”, “Qəbələ” və “Zirə” üçün UEFA-dan ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

İdmanxeber.az-ın məlumatına görə, milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”a 100 000 avro, “qırmızı-qaralar”a və “qartallar”a isə ayrılıqda 450 000 avro ödənilib.

“Neftçi”  3-cü raunda qədər irəlilədiyindən, bir müddət sonra yenidən hesabına pul köçürməsi olacaq.

Qeyd edək ki, “Qəbələ” və “Zirə” mübarizəni II təsnifat mərhələsində dayandırıb. “Neftçi” isə avrokuboklarla III raundda vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43