İdman

UEFA Azərbaycan klublarına vəsait ayırdı, “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü güldü, “Kəpəz” gözləyəcək

UEFA Azərbaycan klubları üçün növbəti ödəniş edib. 

İdmanxeber.com-un AFFA-nın saytına istinadən məlumat verir ki, qitə futbol qurumunun 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub. 

 

Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb. Belə ki, “Qarabağ”a 75450, “Neftçi”yə 33220, “Qəbələ”yə 50960 avro ödənilib.

 

“Kəpəz” üçün isə 33220 avro nəzərdə tutulub ki, bu da klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43