Bütün dünyanı ağuşuna alan korona virusu UEFA-nı narahat etməyə bilməzdi.
İdmanxeber.az-ın məlumatına görə, qurum Avropa çempionatı, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin təxirə salınmasını müzakirə edəcək.
Qitənin ali qurumuna daxil olan 55 federasiya martın 17-də videokonfransda bir araya gələcək.
İclasa daxil edilən məsələlər:
1. Avropa çempionatı 2021-ci ilə təxirə salınsın;
2. AVRO-2020 iyunda deyil, sentyabrda start götürsün;
3. AVRO-2020-nin şəhərləri dəyişdirilsin;
4. AVRO-2020-nin oyunları azarkeşsiz keçirilsin.
Avropa çempionatında 4 matçın Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb.