İdman

UEFA-nın reytinq siyahısı açıqlandı: “Qarabağ” ən yaxşımızdı

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, 442 klubun yer aldığı siyahıya “Real”ı başçılıq edir. “Atletiko” 2-ci,  “Barselona” isə reytinq cədvəlində 3-cü yerdə qərarlaşıb.

Qitənin ali futbol qurumunun tərtib etdiyi siyahıda Azərbaycanın yeddi komandası var.

Təmsilçilərimizin arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdamlılar 17.650 xalla 91-ci sırada qərarlaşıb.

7.400 reytinq xalına sahib “Qəbələ” 166, 6.400 xalı olan “Neftçi” 183, 5.150 xala malik olan “İnter” isə 218-ci sırada yer alıb.

279-cu pillədə məskunlaşan “Kəpəz”in 3.650, 280-ci olan “Xəzər Lənkəran”ın da 3.650 xalı var. 309-cu yerdə qərarlaşan “Zirə”nın isə 3.150 reytinq xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43