Dünyadan

UEFA-nın yeni prezidenti seçildi

Mişel Platini yenidən UEFA-nın prezidenti seçilib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda xəbəri qurumun rəsmi saytı yayıb.

Bu qərar UEFA-nın bu gün keçirilən konqresində qəbul edilib.

Ardıcıl ikinci dəfə seçilən Platini daha 4 il UEFA-nın prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, Platini 2007-ci ildə Düsseldorfda keçirilən konqresdə UEFA-nın prezidenti seçilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43