Kateqoriyasız

UEFA “Qarabağ” – “İnter” oyunu ilə bağlı hansı qərarı verəcək?

“Qarabağ”ın UEFA-ya etdiyi müraciətə bu gün baxılacaq.

İdmanxeber.com-un məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin “İnter”lə oyununda “Qarabağ”ın vurduğu qolun qeydə alınmaması ilə bağlı şikayəti müzakirə edəcək.

UEFA-nın iclasında matçın hakimliyi məsələsinə toxunulacaq. Çexiyalı hakim Miroslav Zelinkanın cəzalandırılacağı gözlənilir. Oyunun təkrar keçirilmə ehtimalı isə sıfıra bərabərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43