Dünyadan

UEFA Ramosu cəzalandırmayacaq

“Real”ın kapitanı Serxio Ramos “Bavariya” ilə ilk yarımfinal oyununda meydana çıxa biləcək. Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bildirilir ki, UEFA ispaniyalı müdafiəçini cəzalandırmamaq qərarına gəlib. “Yuventus”la matçda baş verənləri araşdıran qitənin ali futbol qurumu madridlilərin kapitanının qaydaları pozmadığı qənaətinə gəlib.

Ramos “Yuventus”la “Santyaqo Bernabeu”da keçirilən cavab oyununda (1:3) cəzalı olmasına rəğmən qarşılaşmanın sonlarına doğru meydanın kənarında, daha sonra komanda ilə birgə tuneldə görünüb. Onun bu qayda pozuntusuna görə bir oyun cəzalandırılacağı və yarımfinalın ilk görüşünü buraxacağı gözlənilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43