Dünyadan

Ukrayna Superkubokunda qalib bəlli olub

Ukrayna Superkubokunun qalibi müəyyənləşib.  İdmanxebner.com-un məlumatına görə, həlledici qarşılaşmada Kiyev “Dinamo”su ilə “Şaxtyor” üz-üzə gəlib. 

Ferreyranın 8 və 56-cı dəqiqədə vurduğu qollar “Şaxtyor”a 2:0 hesablı qələbə qazandırıb. 

Bununla da Donetsk klubu 8-ci dəfə Ukrayna superkubokuna sahib çıxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43