Müsahibə

“Ümid edirəm ki, ot örtüyü rənglənməyəcək” – Norveçin baş məşqçisi

Sabah DÇ-2018 seçmə məhələsoçərçivəsində Azərbaycan millisi evdə Norveçi qəbul edəcək.

İdmanxeber.com xəbər verir ki, bu gün oyunöncəsi mətbuat konfransında rəqib komandanın baş məşqçisi Per-Matias Hoqmo oyunla bağlı fikirlərini bölüşüb: 

"Bakıya yenidən gəlməyimizə görə xoşbəxtəm. Azərbaycanda futbolun inkişafı bizi sevindirir. Millinizin oyunçularının əksəriyyəti Azərbaycanın AL-in qruplarında iştirak edən komandalarının oyunçularıdı. Norveçdə sizi məğlub edə bilməmişdik. Qalib gəlmək istəyirik. Olimpiya stadionu çox gözəldi. Xoşbəxtik ki, sabahkı matç bu arenada keçəcək. İnanıram ki, meydança 2 il əvvəlki kimi rənglənməyəcək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43