Kateqoriyasız

“Ümumi nəticədən razıyam” – Rəşad Sadıqov

“Futbolçularımın çıxışından razı qaldım. Həm bu oyunda, həm də “Qəbələ” ilə oyunda etdiyimiz səhvlərdən rəqib bizə rahat qol vurdu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“İstədiyim komandanı bugün meydanda görə bilirəm. Rəqibin pressinqindən qorxurduq, ötürmələrlə vəziyyətdən çıxırdıq. İki dövrəyə 22 xal toplamağımız yaxşıdı. Həm oyundan, həm də ümumi nəticədən razıyam komandamdan.

Yay transfer pəncərəsində istədiyim heyəti formalaşdıra bilmədim. Təbii ki, qışda yeni oyunçular ola bilər. Ancaq istədiyim futbolçu olmasa komandaya götürməyəcəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43