Kateqoriyasız

Unay Emeri: “Mixtaryanın Bakıya getməsini istərdim”

Unay Emeri oyunçusunu gətirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Arsenal komandasının baş məşqçisi Unay Emeri oktaybrın 4-də Bakıda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı barədə danışarkən, erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gətirilib-gətirilməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

“Henrikin Bakıya getməsini istərdim. Ancaq, bu, problemli məsələdir. Həllini tapsa, daha yaxşı olardı. Hələ ki, bu barədə Henrixin özü ilə danışmamışam”.

Qeyd edək ki, UEFA öz bayrağı altında keçirilən yarışlarda futbolçuların istənilən ölkəyə getməsinə viza verilməsi üçün müvafiq federasiyalara, klublara və səfirliklərə məktub göndərir. Ancaq Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən onun “Qarabağ”la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43